I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında( AR Prezidenti Sərəncamı)



Bakı 2015 bilet sahibləri üçün gəliş zamanı viza Vacib Qeyd: Viza ilə əlaqədar bütün məlumatları əldə etmək Bakı 2015 Avropa Oyunları ilə əlaqədar Azərbaycana səyahət etmək istəyən bilet alıcısının öz məsuliyyətindədir. Bakı 2015 Viza məlumatlarını oxuduqdan sonra hər-hansı bir əlavə sualınız yaranarsa, yaşadığınız ölkədə xidmət göstərən Azərbaycan Respublikasının Səfirliyi ilə əlaqə saxlamağınızı sizdən xahiş edirik. Diqqət: Qeydiyyat məlumatlarınızın səyahət sənədinizdəki məlumatlar ilə eyni olmasına əmin olun. Viza-əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi əsas verir ki: Ölkə ərazisinə daxil olsun; Vizada qeyd edilən müddətdə ölkədə müvəqqəti yaşasın; Vizada qeyd edilən eyni müddət ərzində ölkəni tərk etsin Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Sərəncamına əsasən Bakı 2015 Avropa Oyunlarına biletin alışının təsdiqi sənədini əldə etmiş əcnəbilər və xarici ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər səfər edərkən vizalarını Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Konsulluq idarəsinin Azərbaycan Respublikasının beynəlxalq statusa malik hava limanlarında yerləşən viza şöbələrindən ala bilərlər. Xidmət 02 iyun 2015-ci il tarixindən etibarən istifadə üçün mümkün olacaq. Həmçinin viza üçün Azərbaycan Respublikası Səfirliyində, Bakı 2015 Avropa Oyunlarının bilet alışının təsdiqi Azərbaycan Respublikasına səyahət dəvətnaməsi kimi tanınacaq. Nəzərə alın ki, sərəncama dövlət quru sərhədlərinə şamil edilmir. Vacib Qeyd: BİLETİN ALINMASI VƏ İSTİFADƏSİNƏ DAİR \"ŞƏRTLƏR VƏ QAYDALAR\"-dan çıxarış 4.6. Bilet Alışının Təsdiqi forması Azərbaycan Respublikasından kənarda yaşayan Bilet Alıcılarının Azərbaycan Respublikasına daxil olmaları üçün viza almalarına əsas verir. Alıcı viza verilməsinin, Azərbaycan Respublikası ərazisinə daxil olmanın Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə, Azərbaycan Respublikasının diskresiyon (müstəsna) hüquq və səlahiyyətlərinə uyğun olmasına razılıq verir, qəbul edir, lakin Bilet Alışının Təsdiqi forması vizanın verilməsinə zəmanət vermir; Bakı 2015, yaxud digər müvafiq qurum və təşkilatlar hətta Bilet Alışının Təsdiqi formasının olduğu halda belə vizanın verilməməsinə, Azərbaycan Respublikasının ərazisinə daxil olmanın qadağan edilməsinə görə məsuliyyət daşımırlar. 17.11. Bakı 2015 və Oyunların təşkilinə cəlb edilmiş istənilən şəxs/qurum Biletlərin itirilməsi və ya korlanması, viza verilməsinə imtina, yaxud buna oxşar səbəblər daxil olmaqla, həm də Bilet Sahibinin Oyunların bilet satışı əməliyyatları ilə bağlı olmayan səbəblərdən Yarışlara (yaxud Azərbaycan Respublikası ərazisinə) gəlməməsinə görə Bilet Sahibi qarşısında məsuliyyət daşımır. Bakı 2015 və Oyunların təşkilinə cəlb edilmiş istənilən şəxs/qurum itirilmiş, oğurlanmış, unudulmuş, korlanmış Biletlərə və ya imtina edilmiş vizalara görə alıcılara kompensasiya ödəməyə məsuliyyət daşımır. Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilələr bağlanmış olduğu hallarda, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına vizasız qaydada gələ bilərlər. 90 günlük vizasız gediş-gəliş rejimi bu ölkələrə şamil edilir: Belarus, Gürcustan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna, Özbəkistan. Daha ətraflı məlumat üçün Xarici İşlər Nazirliyinin rəsmi veb səhifəsini yoxlayın. Vizanın verilməsi üçün tələb olunan sənədlər 2 İyun tarixindən etibarən Bakı 2015 Avropa Oyunlarının bilet alışının təsdiqinə sahib olan şəxslər Azərbaycana daxil olarkən Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında birbaşa 30 günlük birdəfəlik giriş vizası ədə edə bilərlər. Hava limanında aşağıda qeyd edilən sənədləri təqdim etməyiniz lazımdır: tamamlanmış ərizə forması (bu səhifədən, yaxud təyyarədə və hava limanında əldə edilə bilər). Zəhmət olmasa, viza ərizəsini böyük hərflər olmaqla əlinizlə doldurun; müvafiq şəxsin dönüş tarixindən sonra ən azı üç ay etibarlı olan pasportu; 2 (iki) ədəd rəngli foto-şəkil (3x4sm, ağ fonda); Bakı 2015 Avropa Oyunlarına bilet alışını təsdiq edən sənəd (çap edilmiş); Viza rüsumu gəliş zamanı nağd şəkildə ödənilməlidir. Rüsum Azərbaycan ilə digər ölkələr arasındakı ikitərəfli müqavilələrə əsasən qarşılıqlı dəyişə bilər. Viza rüsumu haqqında ən son məlumatı Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarındakı electron tabloda yoxlayın. Diqqət! Şəxsin pasportunun etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qalarsa, viza verilməyəcəkdir. Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza alınması ilə əlaqədar məsləhetlər: Hava limanına daxil olarkən pasportunuzun yoxlanılması üçün pasport nəzarəti məntəqəsinə yaxınlaşın; Daha sonra viza məntəqəsinə yaxınlaşmağınız tələb olunacaq; Bilet alışını təsdiq edən sənədi/dəvətnaməni, pasport, foto şəkilləri və doldurulmuş viza ərizə formasını (hazır olmadığı halda yerindəcə ərizə forması ilə təmin ediləcəksiniz) rəsmilərə təqdim edin; Viza rüsumunu nağd formada ödəməniz tələb ediləcək (özünüz ilə nağd formada ABŞ dolları və ya Avro gətirməyinizi məsləhət görürük). Nağd pul əldə etmək üçün hava limanlarının terminallarında olan bankomatlarından istifadə edə bilərsiniz; Viza məntəqəsi tərəfindən rüsumun ödənilməsini təsdiq edən yaşıl rəngli qəbzin verilməsinə və düzgün məbləğ/məzənnənin qeyd edilməsinə əmin olun; Daha sonra pasport nəzarət məntəqesinə yaxınlaşa bilərsiniz. Dövlət rüsumunun ödənilməsindən azadolmalar \"Dövlət rüsumu haqqında\" Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.2.-Cİ maddəsinə əsasen Azərbaycan Respublikasına gələn aşağıdakı kateqoriyaya aid əcnəbi və vətəndaşlığı olmayan şəxslərə viza verilməsinə görə dövlət rüsumu tutulmur: Dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslər; Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları temsil edənlər; Dövlət xətti ilə təhsil alan ve pedaqoji fəaliyyət göstərənlər; Müdafiə xətti ilə sefər edənlər. Aşağıdakı ölkələrin vətəndaşlarına müvafiq qaydada rüsumsuz viza rəsmiləşdirilir: Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əldə olunmuş razılığa əsasən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşlarına: Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında rüsumsuz; Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında Azərbaycan Respublikası Xarişi işlər Nazilrliyinin visa şöbələrində 10 ABŞ dolları məbləğində; Türkiyə Respublikası vətəndaşları dəvətnamə olmadan hava limanında viza əldə edə bilərlər. Yaponiya vətəndaşlarına - bütün növ vizalar rüsumsuz rəsmiləşdirilir; Pakistan islam Respublikasının ümumvətəndaş (adi) pasportuna malik vətəndaşlarına 15 gün müddətinə rüsumsuzviza rəsmiləşdirilir; İsrail vətəndaşları dəvətnamə olmadan hava limanında viza rüsumunu ödəməklə viza əldə edə bilərlər. Dövlət rüsumu \"Dövlət rüsumu haqqında\" Azərbaycan Respublikasının qanunununa əsasən Azərbaycan Respublikasına səyahət edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər giriş vizası almaq üçün viza rüsumu ödəməlidirlər. Ətraflı məlumatla Viza Rüsumu faylında tanış ola bilərsiniz. Viza rüsumunun dərəcələri Azərbaycan Respublikasının beynəlxalq statusa malik hava limanlarında hər kəs tərəfindən rahat görülə biləcək lövhələrdə yerləşdirilmişdir. Qeyd: Siyahıda qeyd edilən viza rüsumu bilavasitə ölkələr arası münasibətlərə əsasən qarşılıqlı dəyişə bilər. Məsuliyyət və məhdudiyyətlər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 16-cı maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi aşağıdakı hallarda qadağan edilir: milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi üçün zəruri olduqda; Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə; Şəxs əvvəlki səfərində Azərbaycan Respublikası qanunlarını pozduqda; Şəxs Azərbaycan Respublikasına viza almaq üçün müraciət edərkən özü haqqında yalan məlumat verdikdə; Şəxs ruhi xəstəlikdən əziyyət çəkirsə, yaxud ictimai sağlamlıq üçün təhlükə yaradan yoluxucu xəstəliyi olduqda(təhlükəli xəstəliyi olmayan və özünün, yaxud qanuni qəyyumunun şexsi vəsaiti hesabına müalıcə məqsədi ilə gələn şəxslər istisnadır) Şəxs əvvəllər Azərbaycan Respublikasından deportasiya edildikdə; Şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; Qeyd edilən hallarda şəxsə viza verilməsindən imtina ediləcəkdir. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə səyahət etmək istəyən əcnəbilərə xəbərdarlıq! Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ və Azərbaycanın digər işğal altında olan ərazilərinə səyahət etmək istəyən əcnəbilərə xatırlatmaq istəyir ki, bu ərazilərin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən davam edən işğalı səbəbindən müvəqqəti olaraq Azərbaycan Respublikasının nəzarətindən kənardır. Azərbaycan Respublikasının icazəsi olmadan yuxarıda qeyd edilən ərazilərə (hansı ki, beynəlxalq səviyyədə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır) səyahət etmək Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün və beynəlxalq hüququn norma və prinsiplərinin pozulması kimi qəbul edilir Bu səbəbdən Nazirlik Dağlıq Qarabağ və Azərbaycan Respublikasının işğal altında olan digər ərazllərinə səfər etmək istəyən əcnəbiləri fikirlərindən çəkinməyə çağırır. Nazirlik xatırladır ki, Azərbaycan Respublikasının icazəsi olmadan işğal edilmiş ərazilərə səyəhət etmiş əcnəbilərin Azərbaycan Respublikasına girişlərinə qadağa qoyulacaq. 10 gündən artıq müddətə səyahət edənlər üçün qeydiyyat Azərbaycana 10 gündən artıq müddətə səyahət edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində qeydiyyatdan keçməlidirlər. Bu səbəbdən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər otel, istirahət və ya turizm mərkəzi, pansion və ya digər ictimai yaşayış məntəqələrinə gələrkən sahə inzibatçısı (qəbul edən şəxs) 10 gün ərzində şəxsin yaşayacağı yeri qeyd etməklə ərizə formasını və pasportun surətini poçt və ya elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Eyni zamanda, qeydiyyat Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin internet səhifəsi vasitəsi ilə onlayn həyata keçirilə bilər. Qeydiyyatdan keçməmək və ya qeydiyyatın gecikdirilməsi halları cərimə ilə nəticələnə bilər. Daha ətraflı məlumat üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi veb səhifəsini yoxlayın. Əlaqə Vasitələri Gəliş zamanı viza alınması ilə əlaqədar har hansı bir problem yaranarsa, aşağıda qeyd edilən şöbə ilə əlaqə saxlayın, 24/7 fəaliyyət göstərir: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Viza şöbəsi Tel : +994 50 362 53 94


© Copyright EMBASSY OF THE REPUBLIC OF AZERBAIJAN - Site Design & Developed By Power-solution.Org® , All Rights Reserved©