Ərəb dünyasının aparıcı ingilisdilli həftəlik analitik dərgilərindən olan “Al-Ahram Weekly”də “Azərb



Azərbaycanın müstəqillik dövründə keçdiyi siyasi-iqtisadi və sosial inkişaf yoluna nəzər salan səfir Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətin varisi kimi təşəkkül tapmış müstəqil dövlətimizin üzləşdiyi problemlərə toxunmuşdur. Diplomat müstəqilliyinin ilk illərində bir çoxlarının Azərbaycanın bu kimi daxili və xarici problemlərinin, xüsusilə Ermənistanın təcavüzünün öhdəsindən gələ biləcəyinə şübhə ilə yanaşdıqlarını yazaraq, Azərbaycanın öz uğurlu inkişaf yolu ilə bu şübhələrə son qoyduğunu bildirmişdir.
Demokratik islahatlara paralel olaraq iqtisadi islahatların həyata keçirilməsindən yazan səfir, Azərbaycanın iqtisadi inkişaf modelinin əsas elementi kimi yeni neft-qaz strategiyası barədə ətraflı məlumat vermişdir.
Davamlı demokratikləşdirmə prosesi, ardıcıl iqtisadi islahatlar və neft-qaz gəlirlərinin şəffaf və səmərəli idarə edilməsi nəticəsində Azərbaycanın müstəqilliyinin əldə edilməsindən 20 il sonra yardım alan dövlətdən donor dövlətə çevrildiyini, xarici valyuta ehtiyatının 48 milyarddan artıq olduğunu, Cənubi Qafqazın iqtisadiyyatının 80 faizinin ölkəmizin payına düşdüyünü, öz müstəqil peyki ilə kosmik dövlətlər ailəsinə qoşulduğunu və qarşısına yaxın onillik ərzində inkişaf etmiş dövlət statusunu əldə etmək kimi məqsəd qoyduğunu vurğulamışdır.
Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoq sahəsində fəal rol oynadığını yazan müəllif təəssüf doğuran İslamafobiya hallarına da diqqəti cəlb etmişdir. O, eyni zamanda, Azərbaycanın ərəb-İslam dünyası ilə tarixi əlaqələri və Fələstin məsələsi ilə əlaqədar tutduğu mövqe barədə oxucuları məlumatlandırmışdır.
Ermənistanın beynəlxalq hüququn prinsiplərini təhrif edərək, reallıqdan kənar işğalçılıq siyasətini yürütdüyünü və danışıqlar prosesinə bilavasitə xələl yetirdiyini qeyd edən müəllif münaqişənin həllinə dair Azərbaycanın məlum mövqeyini oxucuların diqqətinə çatdırmışdır.
Səfir Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlıq, investisiyalar və ticarət əlaqələrinin inkişafı vasitəsilə regionun çiçəklənməsinə töhfə verdiyini xatırladaraq mehriban qonşuluq siyasəti çərçivəsində Ermənistanın da bu imkandan faydalana biləcəyini yazmışdır.<br color:="" content:="" font-family:="" margin-bottom:="" span="" style="\" color:"="" text-align:=""> Müəllif ümidvar olduğunu bildirmişdir ki, Ermənistan tezliklə bu reallığı dərk edəcəkdir.



© Copyright EMBASSY OF THE REPUBLIC OF AZERBAIJAN - Site Design & Developed By Power-solution.Org® , All Rights Reserved©